🇦🇿 **9 İDMANÇI, BİR ZƏFƏR YOLU — XANKƏNDİ ULTRA MARAFONU III**
Dayanma Dostum komandası III Xankəndi Ultra Marafonunda 9 nəfərlik heyətlə iştirak etdi. 4 gün davam edən bu dözümlülük sınağında idmançılarımız öz güclərini, iradələrini və əzmkarlıqlarını nümayiş etdirdilər. 🏃♂️
🏁 **FİNİŞƏ ÇATAN İDMANÇILARIMIZ**
🥇 **Cavad Mustafazadə**
⏱️ 16:48:19
🏆 Ümumi sıralama: 9-cu yer | Yaş kateqoriyası: 6-cı yer
🥈 **Gülər Salahova**
⏱️ 22:04:47
🏆 Ümumi sıralama: 4-cü yer | Yaş kateqoriyası: 2-ci yer
💪 **Rusif Şirməmmədov**
⏱️ 21:07:38
🏆 Ümumi sıralama: 22-ci yer | Yaş kateqoriyası: 13-cü yer
💪 **Mehman Nəbiyev**
⏱️ 21:08:12
🏆 Ümumi sıralama: 23-cü yer | Yaş kateqoriyası: 14-cü yer
💪 **Ceyhun Məmmədov**
⏱️ 24:40:50
🏆 Ümumi sıralama: 41-ci yer | Yaş kateqoriyası: 25-ci yer
💪 **Ramil Tariverdiyev**
⏱️ 25:13:20
🏆 Ümumi sıralama: 45-ci yer | Yaş kateqoriyası: 27-ci yer
🖤 **FİNİŞƏ ÇATMASALAR DA, MÜBARİZƏLƏRİ İLƏ FƏXR EDİRİK!**
🔹 **Arif Lətifov** — 3-cü gün zədə səbəbindən yarışı dayandıranadək 130 km qət etdi.
🔹 **Valeh Habiloğlu** — 2-ci gün zədə səbəbindən yarışı dayandıranadək 90 km qət etdi.
🔹 **Nərmin Bəhmənova** — 117 km məsafə qət etdi. Müəyyən edilmiş vaxt limitini 9 dəqiqə keçdiyi üçün yarışda iştirakını dayandırmalı oldu.
Ultra marafonda hər kəsin yolu fərqlidir. Finişə çatmaq böyük nailiyyətdir, amma sonadək göstərilən iradə və əzmkarlıq da eyni dərəcədə dəyərlidir. Komandamızın hər bir üzvü ilə fəxr edirik! 💙💚
🤝 Yarışın təşkilində əməyi olan hər kəsə və iştirakçılar üçün yaradılan şəraitə görə təşkilatçılara təşəkkür edirik.
**4 gün. 192 km-lik Zəfər yolu. Bir komanda. Sərhədləri aşan iradə!** 🇦🇿
💙💚 **Dayanma Dostum — Sərhədləri aş!**
Komandamıza dəstək üçün İanə et bölməsindən ianə edə bilərsiniz.