HƏMRƏYLİK QAÇIŞI 2026 — Ətraflı Məlumat

HƏMRƏYLİK QAÇIŞI 2026

BİRLİKDƏ DAHA GÜCLÜYÜK!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə qaçışsevərləri bir araya gətirən “Həmrəylik Qaçışı 2026” keçiriləcək.
Bu dəfə məqsədimiz finişə birinci çatmaq deyil, eyni məqsəd ətrafında birləşmək, dostluğumuzu möhkəmləndirmək və ilin son gününü birlikdə qeyd etməkdir!

TƏDBİR HAQQINDA

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının dəstəyi, Zəfər Qaçış Klubunun tərəfdaşlığı və Dayanma Dostum Qaçış Klubunun təşkilatçılığı ilə baş tutacaq tədbir bütün qaçışsevərləri həmrəylik və sağlam həyat tərzi ətrafında birləşdirəcək.
“Həmrəylik Qaçışı” sadəcə idman tədbiri deyil, birlik, dostluq və milli dəyərlərimizi yaşatmaq üçün gözəl fürsətdir.
Gəlin, həmrəyliyimizi addımlarımızla nümayiş etdirək!

📍 TƏDBİRİN ƏSAS MƏLUMATLARI

• Tarix: 31 dekabr 2026-cı il
• Məkan: Gənclik metrosunun yaxınlığında yerləşən yeni park (keçmiş Antenna parkı, Dədə Qorqud parkının yanı)
• Məkan üzrə xəritə: https://maps.app.goo.gl/Shg8K5sBXz5EzpSv7
• Məsafə: 5 dairə — təxminən 5,5 km
• İştirak haqqı: 15 AZN
• İştirakçı limiti: Maksimum 300 nəfər
• Qeydiyyat: dayanmadostum.az

📝 QEYDİYYAT QAYDALARI

Tədbirdə iştirak etmək üçün vebsayt üzərindən qeydiyyatdan keçmək mütləqdir. İştirakçı sayı maksimum 300 nəfərlə məhdudlaşdırılıb və limit dolduqda qeydiyyat dayandırılacaq.
Qeydiyyatın son tarixi: 15 dekabr 2026-cı il.

🏅 XÜSUSİ XATİRƏ MEDALI

Bu günün xatirəsi olaraq qeydiyyatdan keçmiş və tədbirdə iştirak edən hər bir iştirakçıya xüsusi xatirə medalı təqdim ediləcək.
Çünki bu qaçışda ən böyük uğur birlikdə iştirak etməkdir!

🗓️ TƏDBİRİN PROQRAMI
08:00–09:30 — İştirakçıların qeydiyyatı və qaçış nömrələrinin paylanması
09:30–09:50 — Xatirə fotosu, brifinq və isinmə hərəkətləri
09:50 — Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və qaçışın startı
10:30–12:00 — Qidalanma, iştirakçılar arasında ünsiyyət, sponsor hədiyyələrinin püşkatma ilə təqdim olunması və digər fəaliyyətlər
12:00 — Tədbirin rəsmi bağlanışı və xatirə fotosu
Qeyd: Proqramın saatları təşkilati ehtiyaclara uyğun olaraq dəyişdirilə bilər.

👟 İŞTİRAKÇILAR ÜÇÜN QEYDLƏR

• Rahat idman geyimi və qaçış ayaqqabısı ilə gəlməyiniz tövsiyə olunur.
• Tədbirə vaxtında gəlməyiniz, qeydiyyat və brifinqdə iştirak etməyiniz xahiş olunur.
• Marşrut və təhlükəsizlik qaydaları ilə bağlı təşkilatçıların göstərişlərinə əməl edilməlidir.
• Qaçışda qeydiyyat edərək iştirak edən hər bir şəxs sağlamlığının qaçışa imkan verdiyinə dair öhdəlik götürür;
• Hava şəraiti və ya digər səbəblərlə bağlı dəyişikliklər olduqda məlumat dayanmadostum.az saytı üzərindən paylaşılacaq.
• Su təminatı və şəxsi əşyaların saxlanılması ilə bağlı imkanlar təmin ediləcək.

🤝 SƏN DƏ BİZƏ QOŞUL!

İlin son gününü hərəkətlə, dostluqla və həmrəylik ruhunda qeyd edək!
300 nəfərlik iştirakçı limiti çərçivəsində yerini indidən ayır, qaçışsevərlərlə bir araya gəl və bu özəl günün bir parçası ol.
Birlikdə qaçaq. Birlikdə güclənək. Həmrəyliyimizi birlikdə qeyd edək!

HƏMRƏYLİK QAÇIŞI 2026 — BİRLİKDƏ DAHA GÜCLÜYÜK!

Qeydiyyat: dayanmadostum.az
Əlaqə: 0505424852
Email: info@dayanmadostum.az

📅
Tarix

31.12.2026 10:00

📏
Məsafə

—

📍
Şəhər

Bakı, Gənclik metrosunun yaxınlığında yerləşən yeni park (keçmiş Antenna parkı, Dədə Qorqud parkının yanı)

⛰️
Çətinlik / Kateqoriya

Yoxdur

Mükafatlar

🎁 SPONSOR HƏDİYYƏLƏRİ VƏ PÜŞKATMA
Bu qaçışda qalib yoxdur — hər kəs həmrəyliyin bir parçasıdır!
Tədbirdə qaçış nəticələrinə əsasən qalib müəyyən edilməyəcək. Bununla belə, sponsorlarımızın dəstəyi ilə iştirakçıları xoş sürprizlər gözləyir!
Sponsorlarımız tərəfindən təqdim edilən hədiyyələr tədbirin sonunda keçiriləcək püşkatma vasitəsilə təsadüfi qaydada iştirakçılara təqdim olunacaq.
Bir iştirakçıya yalnız bir hədiyyə veriləcək.
Hədiyyələrin sayını artırmaq və mümkün qədər çox iştirakçını sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Hədiyyələrin yekun sayı və sponsorlar haqqında məlumat imkan daxilində tədbirə qədər paylaşılacaq.
Püşkatmada iştirak qaydaları: yalnız ödənişi etməklə qeydiyyatı tamamlamış şəxslər iştirak edə bilər.
Burada əsas məqsəd yarışmaq deyil, birlikdə olmaqdır. Hədiyyələr isə bu gözəl günə əlavə sevinc qatacaq!

Sponsorlar


Tərəfdaşlar

Bizimlə Əlaqə

📍 Bakı şəhəri

📞 +994 50 542 48 52

✉ info@dayanmadostum.az