Bugün 47km məsafə qət etdik. 3-cü Xankəndi Ultramarafonunda 3-cü gün yekunlaşdı. Bərdədən başlayan yarış Ağdamda yekunlaşdı. Komandamız bugün kifayət qədər uğurlu nəticə göstərdi.
Üzvümüz Cavad bugün ümumi sıralamada 4-cü sırada yekunlaşdırdı. Onu təbrik edirik.
Üzvlərimizdən Arif isə ayağındakı zədə səbəbindən 10-cu kmda yarışdan çıxdı. Sağlamlıq hər zaman priortetdir. Düzgün qərarına görə Arifi təbrik edirik. O 2 gündə 117km məsafə qət edərək öz gücünü müəyyən etmişdi. Daha yaxşı nəticə göstərəcəyinə inanırıq.
Sabah isə idmançılar Ağdamdan Xankəndiyə 29km məsafə qət edəcəklər. Bu ağır yarışda onlara yarışı sağlam formada bitirməyi arzu edirik.

dayanmadostum.az saytına daxil olaraq "İanə et" bölməsindən Komandamızın fəaliyyətini dəstəkləmək məqsədilə ödəniş edə bilərsiniz.

Dayanma Dostum — Sərhədləri aş!

#dayanmadostum #sərhədləriaş #birlikdədahagüclüyük 
Paylaş: f 𝕏 ✆ ✈