Bugün Ağdaşdan Bərdəyə qaçdıq. Nə az nə çox 63km məsafə. Komandamız starta 9 nəfərlə çıxdı. Xankəndi Ultramarafonun 2-ci günündə 2 komanda yoldaşımız mübarizəni dayandırdı.
Valeh 37-ci km-da zədə səbəbindən iştirakını dayandırdı.
Nərmin isə məsafəni bitirsə də, müəyyən olunmuş vaxt limitindən 9 dəqiqə gec gəldiyi üçün növbəti gün yarışda iştirak edə bilməyəcək. O 2 gündə toplam 117km məsafəni qət edərək ultra təcrübəsini yaşadı. Biz onu və Valehi təqdir edirik.
Zədəli formada da qaçışa davam etməyi dəstəkləmirik. Valehi düzgün qərarına görə təbrik edirik.
Nərmini isə əzminə görə təqdir edir və xoş istirahət arzu edirik. O qaçışa bu il başlasa da, ciddi nəticə göstərdi.
dayanmadostum.az saytına daxil olaraq "İanə et" bölməsindən Komandamızın fəaliyyətini dəstəkləmək məqsədilə ödəniş edə bilərsiniz.
Dayanma Dostum — Sərhədləri aş!
#birlikdədahagüclüyük #sərhədləriaş #dayanmadostum