19.10.2026 · 11:54
HƏFTƏLİK QRAFİKİMİZ: 19.10.2026-25.10.2026
Bazar günü Komanda qaçışımız Böyükşor gölünün ətrafında olacaq və “Qızıl payız qaçışı”nda iştirak edəcək üzvlərimizi dəstəkləyəcəyik.
Read more →Latest articles on running, health and the club
19.10.2026 · 11:54
Bazar günü Komanda qaçışımız Böyükşor gölünün ətrafında olacaq və “Qızıl payız qaçışı”nda iştirak edəcək üzvlərimizi dəstəkləyəcəyik.
Read more →18.10.2026 · 15:55
Bugün Kros qaçışı üzrə payız ölkə çempionatı keçirildi. Komandamız bu yarışda da təmsil olundu. Komandamızı Seymur Hüseynov təmsil etdi.
Read more →18.10.2026 · 13:55
Komandamız bugün 2 yerdə idi. Bir hissəmiz "Zirvəyə qalxaq" yarışında iştirak erdi, digər hissəmiz isə Antena parkda gündəlik məşqini icra etdi.
Read more →17.10.2026 · 10:37
Komandamız həftəlik uzun qaçışını etdi. Bugün ən uzun qaçan idmançımız Nəriman oldu. O, 23KM məsafə qət edərək həftəlik uzun qaçışını tamamladı. Bu hələ son deyil. Ziya və Ramin isə sub45 ilə 10KM məsafədə şəxsi rekordlarını yenilədilər. Onları təbrik edirik.
Read more →12.10.2026 · 11:40
Dayanma Dostum komandası III Xankəndi Ultra Marafonunda 9 nəfərlik heyətlə iştirak etdi. 4 gün davam edən bu dözümlülük sınağında idmançılarımız öz güclərini, iradələrini və əzmkarlıqlarını nümayiş etdirdilər.
Read more →12.10.2026 · 06:11
Həftəlik qaçış qrafikimiz hazırdı. Tanış ola bilərsiniz.
Read more →11.10.2026 · 19:19
Bugün Xankəndi Ultramarafonu yekunlaşdı. Komandamız ilk gün starta 9 nəfərlə çıxdı. Komandamız 2-ci gün starta 9 nəfərlə çıxdı. Komandamız 3-cü gün starta 7 nəfərlə çıxdı. Komandamız 4-cü gün starta 6 nəfərlə çıxdı.
Read more →10.10.2026 · 17:42
Bugün 47km məsafə qət etdik. 3-cü Xankəndi Ultramarafonunda 3-cü gün yekunlaşdı. Bərdədən başlayan yarış Ağdamda yekunlaşdı. Komandamız bugün kifayət qədər uğurlu nəticə göstərdi.
Read more →09.10.2026 · 18:05
Xankəndi Ultramarafonun 2-ci günündə 2 komanda yoldaşımız mübarizəni dayandırdı.
Read more →08.10.2026 · 17:01
Komandamız 3-cü Xankəndi Ultramarafonunun 1-ci günündə uğurlar finiş etdi. Bütün üzvlərimiz 53km məsafəni bitirərək yarışın 1-ci gününü uğurla keçdilər. İnanırıq ki, onlar 2-ci gün yenidən starta çıxacaqlar.
Read more →08.10.2026 · 01:51
Xankəndi Ultra Marafonu 192KM məsafə üzrə yarışımız bugün start edəcək. Komandamız 9 nəfərlə starta çıxacaq. Uğurlar! Bizə 4 gün müddətində dəstək olacaq hərkəsə təşəkkür edirik.
Read more →05.10.2026 · 12:47
Bu həftə də çox gümrah addımlarla irəli gedirik.. birimiz Xankəndi yolunda, birimiz məşqlərdə — hamımız eyni ruhla irəli! dayanmadostum.az saytına daxil olaraq "İanə et" bölməsindən Komandamızın fəaliyyətini dəstəkləmək məqsədilə ödəniş edə bilərsiniz.
Read more →04.10.2026 · 09:40
Bu gün komandamızla birlikdə Filarmoniya bağından start götürərək Dağüstü Parka qədər qaçış etdik. Bakının gözəl mənzərələri fonunda keçirdiyimiz məşqdən sonra isə xüsusi bir görüşdə iştirak etdik. Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva ilə görüşdə iştirak etdik.
Read more →03.10.2026 · 09:33
Hava soyuq idi? Bəli soyuq və biraz da yağış var idi. Amma biz təslim olmadıq və biraz da özümüzü əyləndirdik. Qaçışdan sonra isə kofe içib növbəti məşqlərdən danışdıq.
Read more →01.10.2026 · 13:11
8–11 oktyabrda Qəbələdən Xankəndiyə uzanan 192 kilometrlik yolda klubumuzu qürurla təmsil edəcəyik. Arif, Valeh, Ceyhun, Mehman, Gülər, Nərmin, Rusif, Cavad və Ramil bu yola məşqlərdə qazandıqları dözüm və komanda ruhu ilə çıxırlar. Qarşıda uzun yollar, yorğun ayaqlar və iradəmizi sınayan anlar var.
Read more →30.09.2026 · 14:38
Hesabatın məqsədi Klubun aylıq fəaliyyətini, iştirak dinamikasını, yarışlarda təmsilçiliyini, aktiv üzvləri və fərdi nailiyyətləri vahid formatda təqdim etməkdir.Bu hesabat yalnız klubun üzvlərini əhatə edir. Aktiv üzvlərimizə, qaçışlarımızda və tədbirlərimizdə iştirak edən hər kəsə təşəkkür edirik.
Read more →28.09.2026 · 10:57
Bu gün komandamız olaraq Azərbaycandan Elmir Askerovun iştirak etdiyi 100 km Dünya Çempionatına dəstək məqsədilə 100 km-lik dəstək qaçışı həyata keçirdik.
Read more →27.09.2026 · 15:35
Bu gün Antena Parkda bir araya gələrək 27 Sentyabr — Anım Gününə həsr olunmuş xüsusi qaçışımızı keçirdik. Orada Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz ruhunu 1 dəqiqəlik sükutla yad etdik.
Read more →26.09.2026 · 08:06
Komandamız bu dəfə adi məşqdən bir qədər fərqli format seçdi. Yarı marafon məsafəsində — 21 km-lik şəhər turu həyata keçirərək Bakının qaçış və istirahət üçün uyğun məkanlarını birlikdə kəşf etdik.
Read more →21.09.2026 · 13:33
Qaçışa başlamaq üçün yeni yaşını və ya yeni ili gözləmə, bu həftədən qaçışlarımıza qoşul. Qrafikimizlə tanış olub qaçışlarımıza gələ bilərsiniz.
Read more →20.09.2026 · 17:07
Bu gün komandamız olaraq Azərbaycandan Elmir Askerovun iştirak etdiyi 100 km Dünya Çempionatına dəstək məqsədilə 100 km-lik dəstək qaçışı həyata keçirdik. Bu qaçışımızı həm də Dövlət Suverenliyi gününə həsr edirik.
Read more →19.09.2026 · 13:45
Komandamızın üzvü Seymur Hüseynov yarışda uğurlu çıxış edərək 2-ci yerə layiq görüldü.
Read more →